Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin yeni sədri fevralın 5-də seçiləcək

Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin yeni sədri fevralın 5-də seçiləcək
# 02 fevral 2011 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Fotoqraflar Birliyinin (AFB) İdarə Heyətinin yeni sədri fevralın 5-də seçiləcək. Bu barədə APA-ya AFB-nin üzvü, hazırda sədr vəzifəsini icra edən Mirnaib Həsənoğlu məlumat verib. O bildirib ki, yeni sədr fevralın 5-də keçiriləcək fotoqraflar konfransında müəyyənləşəcək. Sədr AFB-nin İdarə Heyətinin üzvləri tərəfindən səsvermə ilə yeddi namizəd arasından seçiləcək. Həmin konfransda birliyin yeni İdarə Heyəti də müəyyənləşəcək.

Qeyd edək ki, bir müddət əvvəl Asiyat Fətullayeva Azərbaycan Fotoqraflar Birliyinin sədrliyindən istefa vermişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR