Dövlət Gənc Tamaşaçılar Teatrının yeni saytı yaxın vaxtlarda hazır olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrının yeni saytı yaxın vaxtlarda hazır olacaq
# 08 fevral 2011 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yüksək peşəkarlıqla hazırlanan saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, inzibati və yaradıcı kollektivləri, bədii heyəti haqqında geniş məlumat yerləşdirilib. Saytda, həmçinin, video və fotoalbom, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapacaq. Yeni saytda forum və vebsayt da daxil olmaqla teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ay ərzində göstəriləcək tamaşalar haqqında informasiyalar yer alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR