Oqtay Zülfüqarov: “Azərbaycan televiziyalarında uşaq verilişlərinin sayının az olması olduqca pis haldır”

Oqtay Zülfüqarov: “Azərbaycan televiziyalarında uşaq verilişlərinin sayının az olması olduqca pis haldır”
# 11 fevral 2011 12:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan televiziyalarında uşaq verilişlərinin sayının az olması olduqca pis haldır. Çünki bütün tərbiyə televiziyadan qaynaqlanır. Əvvəllər, biz işləyən zamanlarda Azərbaycan Dövlət Televiziyasının uşaq şöbəsi var idi, ancaq indi heç bir televiziya nəzdində belə bir şöbə yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov deyib. Bəstəkar qeyd edib ki, televiziyalarda uşaq verilişlərinin olması şərtdir və bu yöndə mütləq addım atılmalıdır. Uşaq mahnılarının yazılmamasından, bəstəkarların bu mövzuya müraciət etməməsindən gileylənən O. Zülfüqarov, bunu uşaq mahnılarına maddi maraq olmaması ilə əlaqələndirib: “Doğrudur, uşaq mahnılarında maddi gəlir yoxdur. Ancaq hər şeyi maddiyyatla ölçmək olmaz. Bu, gələcəyimizə qarşı biganəlik və haqsızlıqdır. Sözsüz ki, bu gün efirlərə toy musiqiləri ayaq açıb. Hər şey yerində olmalıdır, toy musiqisi toyda, efir musiqisi efirdə olmalıdır. Toy musiqilərini efirdə izləmək doğru deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR