Şəmsi Bədəlbəylinin 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Şəmsi Bədəlbəylinin 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib
# 23 fevral 2011 12:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalq artisti, Azərbaycanın görkəmli rejissoru Şəmsi Bədəlbəylinin 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, muzeyin direktoru Rafael Hüseynov çıxış edərək Şəmsi Bədəlbəylinin yaradıcılığından danışıb. Onun Azərbaycan mədəniyyətində xidmətlərini yada salan R. Hüseynov Şəmsi Bədəlbəylinin əvəzolunmaz insan olduğunu da diqqətə çatdırıb.
Çıxışlardan sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) fondundan Şəmsi Bədəlbəylinin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.
Yubiley tədbirində Azərbaycan Teatr Xadimləri İttifaqı, UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə işıq üzü görmüş “Ömrün səhifələri” kitabının təqdimatı da keçirilib.

Muzeyin foyesində isə Şəmsi Bədəlbəylinin müxtəlif illəri əhatə edən fotoları sərgilənib. Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, xalq artisti Fərhad Bədəlbəyli iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR