Tanınmış fotojurnalist Rza Deqatiyə həsr edilən “Fotorəssam” filminin təqdimatı olacaq

Tanınmış fotojurnalist Rza Deqatiyə həsr edilən “Fotorəssam” filminin  təqdimatı olacaq
# 25 fevral 2011 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış rejissor Ziya Şıxlınski “Debüt” kinostudiyasında çəkdiyi filmi başa çatdırıb. APA-nın məlumatına görə, rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Fotorəssam” filmi Parisdə yaşayan əslən İrandan olan azərbaycanlı Rza Deqatiyə həsr olunub. Dünyanın 110-dan çox ölkəsində olmuş fotojurnalist müxtəlif yerlərdən, o cümlədən Azərbaycan, Əfqanıstan, Ruanda, İran və Sarayevodan fotoreportajları ilə tanınır. O, Roma Papasının, budda kahinlərinin şəkillərini də çəkib.

Rza Deqati Azərbaycan tarixinin ən faciəli günlərində ölkəmizdə olub, Xocalı soyqırımını, 20 Yanvar faciəsini fotoşəkillərdə əbədiləşdirib. Paris metro stansiyalarından birini onun böyük fotoəsəri bəzəyir. Sonuncu reportajları isə Misir və digər ərəb ölkələri ilə bağlıdır.
“Fotorəssam” filminin Novruz bayramına həsr olunmuş premyerasına onun qəhrəmanı Rza Deqatinin özü də qatılmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR