Heydər Əliyev Sarayında görkəmli saz-söz ustası Aşıq Alının 210 illiyi qeyd olunub – FOTOSESSİYA

Heydər Əliyev Sarayında görkəmli saz-söz ustası Aşıq Alının 210 illiyi qeyd olunub – <font color=red>FOTOSESSİYA </font>
# 01 mart 2011 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qaslmova-APA. Fevralın 28-də Heydər Əliyev Sarayında görkəmli saz-söz ustası Aşıq Alının 210 illiyi qeyd olunub. APA-nın məlumatına görə, “Mahalım Göyçədi, əslim Qızılvəng” adlı təntənəli yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Alının həyat və yaradıcılığına nəzər salıb, onun aşıq sənətindəki danılmaz xidmətlərindən söz açıb. Zəlimxan Yaqub Aşıq Alının Azərbaycan aşıq sənətinə ən görkəmli yetirmələrindən Aşıq Ələsgərin adını xüsusi qeyd edib. Şair çıxışında Aşıq Alı və Aşıq Ələsgər yaradıcılığına da müraciət edib.

Daha sonra Ədalət Nəsibov, Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov, Fətulla Əliyev, Ələddin Göyçəli, Mais Gəncəli, Bəhmən Göyçəli, Fəzail Miskinli, Ağamurad İsrafilov, Ədalət Dəlidağlı, Cahangir Quliyev, Xanlar Xəlilov, Məhərrəm Hüseynli, Azər Xanlaroğlu, Şöhrət Kərimov və digər aşıqların ifasında maraqlı çıxışlar olub.

Tamaşaçıların böyük maraq göstərdiyi Aşıq Alı gecəsi anşlaqla baş tutub. Aşıq musiqini sevərlər saz-söz ustalarının çıxışını alqışlarla müşayiət ediblər.

Qeyd edək ki, tədbir “Aşıq Ələsgər İli” çərçivəsində keçirilən ilk tədbirdir. Bu il çərçivəsində aşıqların silsilə konsertlərinin təşkili nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR