Rasim Balayevə gəzməyə icazə verilmir

Rasim Balayevə gəzməyə icazə verilmir
# 22 aprel 2011 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir neçə gün əvvəl ayaq barmağından cərrahiyyə əməliyyatı olunan xalq artisti Rasim Balayevin gəzməsinə hələlik icazə verilmir. Bu barədə APA-ya məlumat verən aktyor deyib ki, bir neçə gün də Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunda qalacaq: “Özümü yaxşı hiss edirəm. Lakin ayağa durmağa və gəzməyə icazə verilmir. Xəstəxanadan nə vaxt çıxacağım isə hələ dəqiq məlum deyil. Həkimim belə sualları xoşlamadığı üçün heç bir şey soruşmuram”.

Qeyd edək ki, aktyor aprelin 18-də ayağının baş barmağından ikinci dəfə cərahiyyət əməliyyatı olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR