Azərbaycanda istehsal olunmuş “Sənətdə keçən ömür” filmi mükafat qazanıb

Azərbaycanda istehsal olunmuş “Sənətdə keçən ömür” filmi mükafat qazanıb
# 17 may 2011 16:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Ukraynada “Birgə qalib gəlmişik” adlı VII beynəlxalq teleradio festivalı keçirilib. Festivala 17 ölkədən İkinci Dünya Müharibəsi mövzusunda lentə alınan 128 film qatılıb. APA-nın məlumatına görə, festivalda “Space” teleradio şirkətinin istehsalı olan “Sənətdə keçən ömür” sənədli ekran əsəri də iştirak edib. 4 gün davam edən festival çərçivəsində nümayiş olunan filmlər müzakirə olunub, tanışlıq və maarifləndirici xarakterli müxtəlif seminarlar keçirilib, eyni zamanda qarşılıqlı əməkdaşlıq sahəsində söhbətlər aparılıb.

Əsasən müharibə mövzusunda dəyərli sənət əsərləri yaradan Azərbaycanın xalq rəssamı Vidadi Nərimanbəyovun yaradıcılığına həsr olunan bu film “Vətən. Şərəf. Borc” nominasiyasında birinci dərəcəli mükafata layiq görülüb.

Mükafat Space TV-nin Mədəniyyət və Elmi kütləvi layihələrin yaradıcı heyətinin rəhbəri “Sənətdə keçən ömür” filminin rejissoru İman Məcidova təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR