Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibəti ilə türkdilli teatrlarda dramaturqun əsərləri səhnələşdiriləcək

Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibəti ilə türkdilli teatrlarda dramaturqun əsərləri səhnələşdiriləcək
# 20 may 2011 15:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova. APA. 2012-ci ildə Azərbaycanın görkəmli dramaturq Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi bir sıra türkdilli teatrlarda qeyd olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov jurnalistlərə bildirib. Onun sözlərinə görə, məhz yubiley məqsədi ilə silsilə olaraq Mirzə Fətəli Axundovun əsərləri türkdilli teatrlarda səhnələşdiriləcək. Bu yubiley layihəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da həyata keçiriləcək.

Yubileylə əlaqədar xüsusi konfransın keçirilməsinin planlaşdırıldığını da deyən İ. İsrafilov bu çərçivədə hazırlanacaq tamaşaların festivalının da keçiriləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR