Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Münhen Opera Sənəti Festivalında iştirak edəcək – FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Münhen Opera Sənəti Festivalında iştirak edəcək – <font color=red>FOTO </font>
# 04 iyul 2011 14:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera sənətinə dəvət olunub. Bu dəvət teatrın rəhbərliyinə mötəbər festivalın bədii rəhbəri cənab Lüdviq Baumanın tərəfindən gəlib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Simfonik Orkestr bu il Münhen Opera festivalında artıq dördüncü dəfə iştirak edəcək. Orkestrin qastrol səfəri avqustun 4-dən 9-na kimi olan müddətə nəzərdə tutulur. Musiqiçilərimizin iştirak edəcəyi Qala-konsert avqustun 7-də baş tutacaq. Orkestrdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun da musiqiləri səslənəcək.
Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR