Milan Politexnik Universitetinin professoru Azərbaycan Turizm Universitetində seminar keçirəcək

Milan Politexnik Universitetinin professoru Azərbaycan Turizm Universitetində seminar keçirəcək
# 04 iyul 2011 15:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Milan Politexnik Universitetinin professoru Luigi Scrinzinin iştirakçı ilə Azərbaycan Turizm Universitetində seminar keçiriləcək. Bu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Mədəni irs silsiləsindən növbəti seminarıdır. Bu barədə APA-ya İctimai Birliyin nəzdindəki Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib. Məlumatda bildirilib ki, iyulun 11-də keçirilməsi nəzərdə tutulan seminarda Milan Politexnik Universitetinin professoru Luigi Scrinzi "Azərbaycanda arxeoloji turizmin inkişafında beynəlxalq təcrübə" və Miras İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Ağsuda arxeoloji turizmin inkişaf perspektivləri” mövzusunda çıxış edəcək. Eləcə də universitetin müəllim və tələbələri ilə mövzu ətrafında söhbət aparılacaq. Tədbirin sonunda "Orta əsr Ağsu şəhəri" 3D formatlı filmi iştirakçılara təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR