Ermənilər Azərbaycanın daha iki mədəniyyət nümunəsini oğurlayıblar - VİDEO

Ermənilər Azərbaycanın daha iki mədəniyyət nümunəsini oğurlayıblar - <font color=red>VİDEO</font>
# 11 iyul 2011 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan mədəniyyəti və musiqisinin ermənilər tərəfindən özününküləşdirilməsi prosesi davam edir. APA-nın məlumatına görə, bu dəfə incəsənət oğrusu rolunda Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacılarıdır.

APA-ya təqdim olunan video-çarxda bacıların Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnıya çəkdikləri klip yer alıb. Azərbaycana məxsusluğu bütün dünya tərəfindən qəbul olunan filmdəki bu mahnı erməni musiqisi kimi təqdim olunur. Bacılar bu mahnıya erməni dilində sözlər də yazdırıblar. Onların ifasında bu mahnı “Yerevan, Yerevan” adlanır.

Elə həmin video-çarxda bacıların növbəti təxribata da yol verdikləri məlum olur. Azərbaycanın milli rəqsi olan “Naz eləmə”ni də özününküləşdirlən İnqa və Anuş bu musiqimizə də erməni dilində sözlər yazdırıblar. Video-çarxdan da göründüyü kimi, bacılar oğurladıqları mahnıya klip də çəkiblər. Mahnını isə “Yerevancan” sözləri ilə bitirirlər.

Qeyd edək ki, video-çarx Azərbaycan internet istifadəçiləri tərəfindən hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR