Qəbələ III Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qəbələ III Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 05 avqust 2011 20:15 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb. APA-nın məlumatına görə musiqi bayramının bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək festivalın təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür ediblər. İyirimi üç gün davam edən festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, ustad dərsləri, kamera musiqisi və orkestr konsertləri, klassik musiqi axşamları, muğam konserti keçirilib. Festivalda iştirak etmiş 20-dən artıq ölkənin dünya şöhrətli musiqiçilərinə, Azərbaycanın tanınmış sənətkarlarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırıblar.
Festival “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı ilə başa çatıb. Konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski və amerikalı violoncel ifaçısı və dirijor, festivalın bədii rəhbəri Dmitri Yablonski də çıxış edib. Musiqiçilər bəstəkar F.Listin “Prelüdlər” simfonik poemasını, piano və orkestr üçün bir və iki saylı konsertlərini səsləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR