Tanınmış aktyor Vladimir Etuş Bakıda çıxış edəcək - FOTO

Tanınmış aktyor Vladimir Etuş Bakıda çıxış edəcək  - <font color=red>FOTO </font>
# 26 avqust 2011 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tanınmış aktyor Vladimir Etuş Bakı səhnəsində çıxış edəcək. Aktyorun çıxışı sentyabrın 24-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktyor bakılı tamaşaçıların qarşısına baş rolda oynadığı “Neapol ehtirasları” tamaşası ilə çıxacaq. Tamaşa saray rəhbərliyinin dəvəti və təşkilatçılığı ilə nümayiş olunur. Səhnə əsəri məşhur italyan dramaturqu Eduardo de Filipponun pyesi əsasında səhnələşdirilib. Tamaşada həmçinin İrina Kupçenko, Vladimir Steklov, Aleksey Panin, Vladimir Koval, Maksim Konovalov və Lidiya Velejeva kimi məşhur aktyorlar iştirak edəcəklər. Tamaşanın biletlər artıq şəhərin mərkəzi kassalarında satışa çıxarılıb. Qeyd edək ki, Vladimir Etuş məşhur “Qafqaz əsiri” filmində yaratdığı Saaxov obrazı ilə tamaşaçılar arasında daha məşhurdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR