Masallının “Halay” mahnı və rəqs ansamblı Macarıstanda keçirilən beynəlxalq festivaldan qayıdıb

Masallının “Halay” mahnı və rəqs ansamblı Macarıstanda keçirilən beynəlxalq festivaldan qayıdıb
# 29 avqust 2011 18:28 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Mahmudavar kənd mədəniyyət evinin “Halay” mahnı və rəqs ansamblı beynəlxalq festivaldan qayıdıb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın sözlərinə görə, kollektiv avqustun 12-dən 22-dək Macarıstanın Sazhalombatta şəhərində keçirilən XVIII Beynəlxalq Folklor Festivalında Azərbaycanı təmsil edib.

Dünyanın 20-ə yaxın ölkəsindən folklor kollektivlərinin iştirak etdiyi bu nüfuzlu sənət yarışmasında “Halay”ın ifasında səslənən Azərbaycan milli rəqs və mahnıları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Festivalın sonunda bütün iştirakçılara, o cümlədən Azərbaycan təmsilçilərinə sertifikat, diplom və xatirə hədiyyələri təqdim olunub.

L. Mövsümova Macarıstanda olduqları müddətdə kollektivin Sazhalombatta ilə yanaşı, Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR