Gəncə Dövlət Dram Teatrında Puşkinin “Qızıl Balıq” əsəri səhnələşdirilir

Gəncə Dövlət Dram Teatrında Puşkinin “Qızıl Balıq” əsəri səhnələşdirilir
# 24 noyabr 2011 08:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram teatrında növbəti tamaşanın səhnələşdirilməsinə start verilib. Gəncə Dövlət Dram Teatrından APA-nın Qərb bürosuna verilən məlumata görə, teatr kollektivi bu dəfə Aleksandr Serqeyeviç Puşkinin “Qızıl Balıq” əsərini səhnələşdirərək balaca tamaşaçılarının qarşısına çıxacaq. Tamaşanın quruluşçu rejissoru Fərmayıl Paşayevdir.
Tamaşa dekabr ayının son ongünlüyündə Yeni il ərəfəsində nümayiş etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR