Yaşar Nurinin qızı: “Atamın ölümü haqqında yalan məlumat yayanların ən azı üzr istəmələrini gözləyirəm”

Yaşar Nurinin qızı: “Atamın ölümü haqqında yalan məlumat yayanların ən azı üzr istəmələrini gözləyirəm”
# 25 noyabr 2011 12:05 (UTC +04:00)
Nə atamın sənəti, nə yaşı, nə cəmiyyətdə tutduğu mövqe buna imkan vermir. Ümumiyyətlə, kiminsə həyatı ilə bağlı yanlış xəbərləri yaymaqla diqqət cəlb etməyi insanı dəyərlərə yaraşdırmıram”. Bu sözləri APA-ya açıqlamasında ötən gecə ölüm xəbəri yayılan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva deyib.

Aktyorun qızı bu xəbəri yayanlara da müraciət edib: “Çox utanıram ki, Azərbaycanda bir jurnalistin adı belə yanlış xəbərlərlə bağlı olsun. Mən xəbəri hazırlayan şəxs barəsində müvafiq tədbirlər görülməsini istəyirəm. Heç kimin insanın hissləri ilə oynamağa ixtiyarı yoxdur. Bu, böyük cinayətdir. Ən azı üzr istəmələrini gözləyirəm. Çünki bir adam haqqında “bu gecə ölüb, sabah vida mərasimi olacaq”, digər gün isə “vəziyyəti ağırdır” kimi xəbərlər yazılması insanlığa ziddir”.

Ü. Nuriyeva bu məsələ ilə bağlı aidiyyəti orqanlara və məhkəməyə müraciət etməyin mümkünlüyünü də vurğulayıb: “Sözsüz bu məsələnin qanun çərçivəsində həll etmək mümkündür. Amma atam bu durumda ola-ola kimisə məhkəməyə verməklə məşğul olmaq istəmirəm. Bu məsələni ictimaiyyətin vicdanına buraxıram. Qoy bu xəbəri yayanları bu xəbəri eşidib, üzülən çoxsaylı insanlar ittiham etsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR