Milli Dram Teatrında “Xanuma” tamaşasının premyerası keçirilib

Milli Dram Teatrında “Xanuma” tamaşasının premyerası keçirilib
# 28 noyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 27-də Akademik Milli Dram Teatrında A. Saqarelinin “Xanuma” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilib.
APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada əsas rolları xalq artistləri Bəsti Cəfərova, (Xanuma), Ramiz Novruz (Knyaz), Hacı İsmayılov (Timote), əməkdar artistlər Mətanət Atakişiyeva (Kabato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timote), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Yaşlı Knyaz), Məsmə Aslanqızı (Keto), Səidə Quliyeva (Makarın anası), aktyorlar Şəlalə Şahvələdqızı (Tekle), Elşən Rüstəmov (Niko), Elnar Qarayev, Hikmət Rəhimov, ə Elçin Əhmədov (Kintolar) çıxış ediblər.

Tamaşanın premyerası anşlaqla baş tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR