Azərbaycanda “Sarı gəlin” sənədli filmi istehsal olunub

Azərbaycanda “Sarı gəlin” sənədli filmi istehsal olunub
# 04 iyun 2012 12:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq mahnısı “Sarı gəlin”ə həsr olunmuş sənədli film çəkilib. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, filmin çəkilişləri Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərdə aparılıb. Bildirilib ki, filmdə Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələrin araşdırmaçıları “Sarı gəlin”lə bağlı apardıqları araşdırmaların nəticələrini danışıblar. Filmin təqdimatı iyunun 12-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Qeyd olunub ki, təqdimat mərasimində türkdilli dövlətlərin hər birinin milli musiqi alətlərinin müşayiəti ilə “Sarı gəlin” təqdim olunacaq. Film Azərbaycanda istehsal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR