Son illər “Kinoşok” Beynəlxalq Kino Festivalında uğur qazanan filmlər Bakıda nümayiş olunacaq

Son illər “Kinoşok” Beynəlxalq Kino Festivalında uğur qazanan filmlər Bakıda nümayiş olunacaq
# 05 iyun 2012 14:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Son illər “Kinoşok” Beynəlxalq Kino Festivalında MDB ölkələrində istehsal olunan və uğur qazanan filmlər Bakıda nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Kno şöbəsindən APA-ya verilən məlumata görə, filmlərin nümayişi iyunun 19-u və 20-si olmaqla iki gün baş tutacaq. Məlumatda bildirilib ki, ötən il Kinoşok Beynəlxalq Kino Festivalının 20 illiyi çərçivəsində eyni zamanda MDB-nin 20 illiyi qeyd olunub. Məhz bu məqsədlə festivalın iştirakçı ölkələrində MDB ölkələrinin ən yaddaqalan filmlərinin nümayiş təşkil olunub. Bakıda isə bu filmlər iyun ayında göstərilməsi nəzərdə tutulur. Filmlərin nümayişi “Nizami” Kino Mərkəzində baş tutacaq və bunun üçün 5-6 nəfərlik nümayəndə heyəti Bakıda gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR