Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili ilə bağlı sərgi açılıb

Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili ilə bağlı sərgi açılıb
# 05 iyun 2012 16:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Muzey Mərkəzində Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ili ilə bağlı sərgi açılıb. APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkə prezidentinin sərəncamına əsasən, ədibin yubileyi geniş şəkildə qeyd olunur, müxtəlif tədbirlər keçirilir.

Sərgi xalq rəssamı Arif Hüseynovun və əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafika əsərlərindən ibarətdir. Sərgidə 55 rəsm əsəri nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR