Yaşar Nuri: “Darıxmayın, gəlirəm”

Yaşar Nuri: “Darıxmayın, gəlirəm”
# 06 iyun 2012 10:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Artıq özümü yaxşı hiss edirəm və sağalıram. Azərbaycan xalqını salamlayır, hər kəsə gözəl günlər arzulayıram”. Bunu APA-ya açıqlamasında bir neçə aydır, səhhətində ciddi problemlər yaranmış və hazırda Türkiyədə müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri deyib.

Onun üçün narahat olan hər kəsə təşəkkür edən Y. Nuri “Darıxmayın, gəlirəm” deyib.

Y. Nuri özünü hər gün daha yaxşı hiss etdiyini vurğulayıb: “Həkimlər yaxşı olduğumu deyirlər. Bildirdilər ki, bu ayın sonu Bakıya qayıda biləcəyəm. Hər şey Allahın əlindədir”.

Y. Nuri uzun illər çalışdığı Akademik Milli Dram Teatrının kollektivinə də salamlar göndərib, həmkarlarına can sağlığı, uğurlar arzulayıb: “Teatra salamlarımı çatdırıram və hər bir kəsə sağlamlıq diləyirəm. Bu dəfə də mübarizədən qalib çıxa bildim. Bu, Allahın işidir”.

Qeyd edək ki, aktyor ötən ilin noyabr ayından müalicədədir. Həmin vaxt Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Yaşar Nuri sonradan Türkiyəyə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR