Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək

Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək
# 08 iyun 2012 13:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirəcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, plenum Milli Qurtuluş Gününə həsr edilib və iyunun 12-dən 16-dək keçiriləcək.

Plenumda “Con Tempo” Ansamblının, kamera-instrumental, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertinin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda plenum çərçivəsində yeni əsərlər lent yazısında dinlənəcək və əsərlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR