Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalı çərçivəsində 4 tamaşa oynanılacaq

Gənc Tamaşaçılar Teatrında  “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalı çərçivəsində 4 tamaşa oynanılacaq
# 11 iyun 2012 13:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalı davam edir. İyunun 25-dək davam edəcək festivalda ölkənin 21 teatrından 24 səhnə əsəri təqdim olunacaq.
Mirzə Fətəli Axundova həsr olunmuş milli teatr festivalı çərçivəsində iyunun 14-dən 17-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin 4 əsəri nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 14-də “Müsyö Jordan və dərviş Məstəli Şah”, 15-i “Sərgüzəşti-vəziri–xani-Lənkəran”, 16-da “Hacı Qara” və 17-i “Hekayəti Xırs quldurbasan” tamaşaları nümayiş olunacaq. “Müsyö Jordan və dərviş Məstəli Şah” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssami əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir, “Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatı xalq artisti Cənnət Səlimova, musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə, “Hacı Qara”nın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradova, “Hekayəti xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR