Hacıbaba Bağırovun məzarı ziyarət olunub - FOTOSESSİYA

Hacıbaba Bağırovun məzarı ziyarət olunub - <font color=red>FOTOSESSİYA</font>
# 12 iyun 2012 11:06 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün tanınmış aktyor, unudulmaz gülüş ustası, mərhum Hacıbaba Bağırovun 80 yaşı tamam olur. APA-nın məlumatına görə, bu münasibətlə aktyorun uzun illər çalışdığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi mərhum aktyorun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər qoyublar. Ziyarətdə iştirak edən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev və tanınmış aktyorlar mərhum sənətkarın həyat və fəaliyyətindən söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş “www.Ferzeli-kef.com” tamaşası nümayiş olunacaq.

Xatırladaq ki, Hacıbaba Bağırov Azərbaycan kino və teatr tarixində özünəməxsus və unudulmaz rollar oynayıb. Aktyor 2006-cı il oktyabrın 6-da vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR