“Bu meydan, bu ekran-2012” kino layihəsinin qalib kino layihələri açıqlanıb

“Bu meydan, bu ekran-2012” kino layihəsinin qalib kino layihələri açıqlanıb
# 12 iyun 2012 15:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bu meydan, bu ekran - 2012” kino layihəsinin qalib kino layihələri müəyyənləşib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu kino layihələri Gənc Film İstehsalçıları Assosiasiyasına məxsus “Senzor” layihəsi, “Rakord” şirkətinə məxsus “Gözlənti” layihəsi və “Adari Films” şirkətinə məxsus “Arzu“ layihəsidir.
Bildirilir ki, bu müsabiqə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir. Qalib layihələr müsabiqənin münsiflər heyətinin qərarına əsasən müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR