Gözü qapıda qalan Siyavuş Aslan... - REPORTAJ - FOTOSESSİYA

Azərbaycan teatr və kino tarixində əvəzsiz xidmətləri olan Siyavuş Aslanla görüşüb söhbətləşmək və onu ayaq üstə görmək xoş idi.
APA-nın əməkdaşlarını sakit baxışları ilə süzdükdən sonra ilk sualımızı cavbalandırdı: “Yaxşıyam, çox sağ olun. Həyat davam edir. Hər yaşda öz güzəranını yaşayıb, öz haqq-hesabını çürüdüb bu həyat. Kim istəyir yaxşılıqla, kim də istəyir pisliklə yaşayır...”
Əslində bu görüşə müsahibə almaq üçün getmişdik, lakin janrı dəyişməli olduq. Xəstəlikdən dolayı bəzi suallarımıza ötəri cavab verir. Evində olduğumuz müddətdə bir neçə dəfə giriş qapısına gedib kiminsə gəlib-gəlmədiyinə baxır. Sanki kiminsə yolunu gözləyir. Əslində kimi gözlədiyini bilirdik. Çünki elə hey həyatdan köçmüş həyat yoldaşını soruşurdu: “Ofeliya haradadır?” Nə oğlu Çingiz müəllim, nə baxıcısı Sədaqət xanım bu sualın həqiqi cavabını ona vermək iqtidarında deyillər, qəlbini incitmək istəmirlər. Desələr də nə fayda?! Onsuz da ən çox iki ad dilinə gəlir: Ofeliya Aslan və Nəsibə Zeynalova.
Demə, başqa gözlədikləri də varmış. Baxıcısı Sədaqət xanım 7 aydır Siyavuş Aslanın yanında çalışdığını və bu müddət ərzində aktyorun yanına heç bir həmkarının, dostunun gəlmədiyini deyir: “Bu insan hər gün kimisə gözləyir, insanların, dostlarının, iş yoldaşlarının yanına gəlməsini istəyir. Gün ərzində bir neçə dəfə gedib qapıya baxır, elə bil kimisə gözləyir. Çox az hallarda keçmişdən kimsə yadına düşür, kimisə soruşur. Ən çox soruşduğu Nəsibə Zeynalova və Ofeliya xanımdır. Təəssüflənirəm və bəzən inana bilmirəm ki, bu evdə canlı əfsanə yaşayır, amma yada düşmür. Yada salınmağa bu qədər ehtiyacı olduğu halda... Nə Akademik Milli Dram Teatrından, nə dost deyib sinəsinə döyüb, televiziyada Siyavuş Aslandan ağızdolusu danışanlardan heç kim bu evə gəlməyib. 7 ay ərzində mən bu evə yalnız üç nəfərin gəldiyini görmüşəm, onlardan biri sizsiniz”.
Siyavuş Aslan isə özünü sındırmır, dostlarının ona tez-tez baş çəkdiyini deyir: “Dostlar hər yaşda çoxdur. Hər yaşın öz vaxtı var. Hər yaşda dost öz işini görür. Yanıma gəlirlər, hamısı gəlir...”
Sədaqət xanım deyir ki, bəzən o teatra getmək, kinoya çəkilmək istəyir: “Üzünü qırxdıqdan sonra “qalstukumu ver, teatra gedək” ya da “AzTV-yə gedək” deyir. Və sual verir: “Niyə məni kinoya çəkmirlər?”
Siyavuş Aslan Azərbaycan teatrının mövcud vəziyyətindən narazı deyil. “Bu gün Azərbaycan teatrının tənəzzülümü, inkişafınımı müşahidə edirsiniz” sualını belə cavablandırır. “Teatrda gərək rejissor yetişdirsin. Teatr heç zaman üzü aşağı olmayıb, teatr üzü yuxarıdır və həmişə də elə olacaq”.
Bir az incik, küskün olan Siyavuş Aslan özünü televizordan seyr edir. Bəzən özünü görüb tanıyır, bəzənsə, sakitcə seyr edir və o günləri xatırlayır. Onunla görüşümüzün Hacıbaba Bağırovun doğum gününə təsadüf etdiyini yada salıb, uzun illər birgə çalışdığı bu insanla keçirdiyi günləri soruşduq: “Hacıbabanın 80 yaşı olur. Ola bilərdi ki çox olsun, çox yaşamaq olardı. Amma əfsuslar olsun ki... İnsanlar müxtəlif cür olur, onların yaxşı və ya pis tərəfi olur”.
Özünə baxmadığını, sağlamlığını qorumadığını etiraf edən Siyavuş Aslan fikrini belə ifadə edir: “Qoyurlar ki... Biri gəlir filan şey, o biri gəlir filan şey, filan şey. Həyatdan almaq istədiyim çox şey qalıb, amma əfsuslar olsun ki, almalı olduğunu ala bilmirsən, ona görə də... Yaxşılaşmaq istəyirəm, özümü qorumadım”.
Sentyabrda görkəmli aktyorun 77 yaşı tamam olacaq. Gənclik illərində xoşbəxt həyat sürdüyünü deyən aktyorun gənclərə məsləhəti: “Xoşbəxt olmaq üçün həyatı zamanında dərk etmək lazımdır”.
Bir saat müddətində onu seyr etmək imkanımız oldu, müxtəlif obrazları, yaratdığı sənət əsərləri göz önümüzdə canlandı. Əslində Siyavuş müəllim danışmağı sevən insandır, sadəcə onu yormaq niyyətimiz yox idi. Bu müddətdə istər Sədaqət xanım, istərsə də oğlu Çingiz müəllim Siyavuş Aslanın qayğıdan kənar qaldığından, dostlar tərəfindən unudulduğundan şikayətləndilər. O isə bu şikayətləri sakitcə dinlədi. Ya ötən illərə səyahət etdi, ya da o məqamda müdaxilə etmək istəmədi. Siyavuş müəllim bu gün sadəcə, həmin insanların ona baş çəkməsinə ehtiyac duyur: “Belə bir insana, bu cür münasibəti anlamaq və qəbul etmək mümkün deyil. Onlardan heç nə yox, sadəcə, bura gəlib, onunla söhbətləşməsini istəyirik, heç kimin bir meyvəsini belə istəmirik. Onun gözü qapıda qalıb. Biz çox pis oluruq. Gəlib baş çəksinlər, maraqlansınlar. Bu gün o xəstədir, heç bir yerə gedə bilmir, axı siz gələ bilərsiniz, elə deyil? Bu insan iki yerdə işləyib, amma heç bir iş yerindən gəlib baş çəkmirlər. Hər dəfə məndən “kim gəldi, kim var” deyə soruşanda pis oluram. “Heç kim gəlməyib” cavabını verəndə üzünü çevirir”.
Siyavuş Aslan isə baxıcısının bu iradına “özləri bilər...” deyərək köks ötürməklə cavab verir. “Mənə əsəbiləşir ki, “heç kimə demə, yanıma gələn yoxdur”. Amma bunu deməmək mümkün deyil, eşitdirmək lazımdır”. Bu sözlər də Sədaqət xanımın sözləridir.
Siyavuş müəllim ayağa qalxır və çəliksiz asta-asta addımlarla gəzir. Şəkər xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, çoxlu şirniyyat yeyir, evinin eyvanından şəhəri seyr edir. Məlum olur ki, sevimli aktyor xəstəliyinə rəğmən adətindən indi də geri qalmır, oğlu ilə tez-tez Dənizkənarı Milli Parkda gəzir, çay içir.
Siyavuş Aslanla bu bir saatlıq görüşümüzü fotoaparatın yaddaşına köçürdük.
Xatırlayıram, Siyavuş Aslanla 2006-cı ildə Akademik Milli Dram Teatrda görüşmüşdüm. O görüş bu görüşdən deyildi, Siyavuş Aslan da indiki Siyavuş Aslan deyildi. O zamankı söhbətimizdə Azərbaycan kino və teatrının vəziyyətindən uzun-uzadı danışmışdı. Bu söhbətimizdə isə...
Altı il əvvəlki görüşümüzdə şəkil çəkdirə bilməsək də, düz 6 ildən sonra bu istəyimi gerçəkləşdirdim. Siyavuş Aslanla ikinci görüşümüzü əbədiləşdirib şəkil çəkdirdim. Səhhəti, yaddaşı dəyişsə də, siması heç dəyişməyən, bir zamanlar adı dillər əzbəri olan, bu gün isə çoxları tərəfindən unudulan, biganəliyə düçar olan sənətkarla. Amma o, sadəcə həmkarları tərəfindən unudula bilər. Biz tamaşaçılara isə adicə varlığı belə bəsdir...
İncəsənət

Aktrisa Nina Qrebeşkova vəfat edib

Xalq artisti Şəfiqə Eyvazova: Əmim kamança çalmağa qoymurdu, atam onun sözünə baxmadı - MÜSAHİBƏ

“İrəvanda nəyim qaldı…” tamaşasının premyerası keçiriləcək

Türkiyəli rejissor İlker Canikligil azadlığa buraxılıb
Xəbər Lenti
HAMAS İsrail əsilli amerikalı əsiri azad edib - YENİLƏNİB
Modi: Hindistan Pakistanla hərbi əməliyyatlara fasilə verib
Aktrisa Nina Qrebeşkova vəfat edib
ÇL: PSJ - "İnter" finalını idarə edəcək hakimlər müəyyənləşib
Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula getməyi düşünür
Azərbaycan XİN PKK-nın özünü ləğv etməsini alqışlayıb
Tramp Si Cinpinlə telefon danışığı aparacaq
Başlıbel faciəsinin şahidi: Ermənistan hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər
Tramp İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşünü çox vacib adlandırıb
Karlo Ançelotti Braziliya millisinin yeni baş məşqçisi təyin olunub
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Azərbaycan Prezidenti Türkiyəni PKK-nın özünü ləğv etməsi münasibətilə təbrik edib
Tramp: ABŞ Hindistan və Pakistan arasında nüvə münaqişəsinin qarşısını aldı
Gəncədə bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır
"PAŞA Sığorta" BDU tələbələri üçün maarifləndirici sessiya keçirib
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
FHN-in kişilərdən ibarət basketbol komandası çempion adını qazanıb
Tovuzda yük maşını traktorla toqquşub, xəsarət alanlar var - FOTO
Sarayda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azercell-in “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Kreml Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasına münasibət bildirib
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Gəncədə mənzildə yanğın olub, ölən və xəsarət alan var - YENİLƏNİB-2 - VİDEO
Coğrafiya İnstitutu: Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər
Məhkəmə Əziz Orucovla bağlı qərar verib
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşüb - YENİLƏNİB
Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət alıb
Bakıda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb
Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb - YENİLƏNİB
ADSEA: Kür çayında suyun səviyyəsinin artması ilə bağlı vəziyyət daim izlənilir
Tahir Gözel Zambiyada Rəqəmsal Sahədə Tərəfdaşlıq Danışıqlarında iştirak edib - FOTO
ADY-də qanvermə aksiyası keçirilib - FOTO
Unibank nüfuzlu Almaniya bankından 5 mln. avro kredit cəlb edib
Qutsulun ev dustaqlığı daha 30 gün uzadılıb
Zərərçəkmiş: Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər
Azərbaycan və Pakistanın İrandakı səfirləri görüşüb
Rəsmi Ankara: Rusiya və Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib
Təbiət ərazilərinin mühafizəsi üçün fondun formalaşdığı mənbələr artırılıb
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib
Əkin üçün ölkəyə gətirilən ağaclar və ot bitkiləri gömrük rüsumuna cəlb olunmayacaq
Hakan Fidan PKK-nın özünü ləğv etməsinə münasibət bildirib
Azərbaycanla Somali arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib
Türkiyə Kubokunun finalı: “Trabzonspor”-“Qalatasaray” oyununun baş hakimi açıqlanıb
"Sumqayıt" baş məşqçi Vaqif Cavadovla yollarını ayırıb