Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti-vəziri-xanı-Lənkəran” tamaşası nümayiş olunub

Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti-vəziri-xanı-Lənkəran” tamaşası nümayiş olunub
# 16 iyun 2012 11:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” festivalı çərçivəsində “Sərgüzəşti-vəziri–xani-Lənkəran” tamaşası nümayiş etdirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı xalq artisti Cənnət Səlimovadır. Tamaşanın musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Xarakterlər komediyası olan tamaşada rolları əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Gülər Nəbiyeva, Lətifə Əliyeva, aktyorlar Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Vüsal Mehrəliyev canlandırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR