Yaşar Nuri həftə sonu Bakıya gəlir

Yaşar Nuri həftə sonu Bakıya gəlir
# 18 iyun 2012 15:26 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.

R. Nuriyevanın sözlərinə görə, həkimlər Yaşar Nurinin həftə sonu Bakıya gəlməsinə icazə veriblər. Onun sözlərinə görə, hazırda aktyorun müalicəsi davam etdirilir: “Hələ gün müəyyənləşməyib. Həkimlər bildirdilər ki, 45 gün sonra yenidən Türkiyədə lazımi müayinələrdən keçməlidir. İnşallah, Yaşar sağ-salamat Bakıya gəlir”.

Qeyd edək ki, aktyor ötən ilin noyabr ayından müalicədədir. Həmin vaxt Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Yaşar Nuri sonradan Türkiyəyə aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR