İçərişəhərdə fransız müğənnisi Batlikin açıq hava konserti keçiriləcək

İçərişəhərdə fransız müğənnisi Batlikin açıq hava konserti keçiriləcək
# 19 iyun 2012 09:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 21-də saat 20.00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Qoşa Qala Qapısı meydanında fransız müğənnisi Batlikin açıq hava konserti keçiriləcək. Qoruq İdarəsindən APA-ya verilən xəbərə görə, 21 iyun Fransada musiqi bayramı günüdür və bu tarixdə konsert zallarında, küçələrdə çoxsaylı pulsuz konsertlər verilir, hər janrda musiqilər səslənir, insanlar rəqs edir və əylənirlər. Ənənəvi olaraq hər il bu bayram münasibəti ilə Fransa səfirliyi müxtəlif tədbirlər keçirir. Bu dəfə musiqi bayramı Bakının tarixi mərkəzində fərqli ifa üslubuna, cəlbedici və güclü səsə malik olan fransız müğənnisi Batlikin ifasında ecazkar konsert proqramı ilə qeyd olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR