Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətində yaranan problem həll edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətində yaranan problem həll edilib
# 20 iyun 2012 09:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Bir müddət əvvəl fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı işini davam etdirir. İttifaqın I katibi, xalq artisti Rasim Balayev APA-ya açıqlamasında mövcud problemlərin nisbətən həllini tapdığını deyərək, bu qurumun fəaliyyətini davam etdirdiyi bildirib. R. Balayev qeyd edib ki, yaranmış maliyyə problemini qurumun rəhbəri Rüstəm İbrahimbəyov həll edib: “Dövlət maliyyə ayırmadı. Rüstəm İbrahimbəyov özü müəyyən məbləğdə maliyyə ayırdı və fəaliyyət davam edir. Kinematoqrafçılar İttifaqının fəaliyyət göstərməsi bu sahənin adamları üçün çox vacibdir. Hazırda yay mövsümü olduğundan tədbirlər və digər maraqlı layihələr nəzərdə tutulmur. Avqustun sonlarından başlayaraq isə yenidən ittifaqda tədbirlərə start veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR