Astanada növbəti Türk Musiqisi Festivalı keçiriləcək - VİDEO

Astanada növbəti Türk Musiqisi Festivalı keçiriləcək - <font color=red>VİDEO</font>
# 20 iyun 2012 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq ənənə şəklini alan bu festival Astananı son illər türk dünyasının mədəniyyət paytaxtına çevirməkdədir.

“Astana-arkau” festivalının konsertlərində demək olar ki, bütün türk xalqlarının musiqisi peşəkar musiqiçilərin ifasında təqdim olunacaq.
Həm Şərq, həm də Qərb dinləyiciləri tərəfindən heyranlıqla qarşılanan müxtəlif janrlar - şaman mahnıları, boğaz səsləri, epik və instrumental kompozisiyalar, Mərkəzi Asiya və Qazaxıstan, Cənubi Qafqaz və Anadolu, Volqaboyu və Sibir türklərinin lirik musiqiləri səslənəcək.

Festivalın məqsədi türk dünyasının və türk musiqi sivilizasiyasının birliyini nümayiş etdirməkdir. Türklərin ənənəvi peşəkar musiqisinin inkişafını qarşılıqlı mədəni mübadilə olmadan təsəvvür etmək mümkün deyil. XX əsrdə süni şəkildə qırılan mədəni mübadiləni bərpa etməyin vaxtı gəlib çatıb.

Qeyd edək ki, “Astana-arkau” Türk Musiqisi Festivalı ilk dəfə 2008-ci ilin iyulunda Astananın 10 illik yubileyi qeyd olunarkən keçirilib.

Qeyd edək ki, APA İnformasiya Agentliyi festivalın rəsmi informasiya dəstəkçisidir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR