Dünya Memarlar İttifaqının baş katibi Azərbaycana gəlib - FOTO

Dünya Memarlar İttifaqının baş katibi Azərbaycana gəlib - <font color=red>FOTO</font>
# 20 iyun 2012 10:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki (Michel Barmaki) Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, qonaq Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycan Memarlar İttifaqının baş katibi Elbəy Qasımzadə də iştirak edib.

M. Barmaki 3 gündür Bakıda olduğunu və bu müddət ərzində bir çox görüşlərdə iştirak etdiyini deyib. Bakıda gördüyü inkişafdan danışan baş katib, görülən işləri yüksək qiymətləndirib: “Bakıda gördüyüm inkişafa, yenidənqurma işlərinə təəccübləndim. 20 illik müstəqillik dövründə həyata keçirilənlər həqiqətən də vacib hadisədir”.

Qeyd edək ki, M. Barmaki Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, eyni zamanda Azərbaycan Memarlar İttifaqında görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR