Şuşa teatrı Lənkəranda qastroldadır

Şuşa teatrı Lənkəranda qastroldadır
# 20 iyun 2012 14:54 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Şuşa Dövlət Musiqili Dram Teatrının truppası Lənkəranda qastrol səfərindədir. APA-nın Cənub bürosunun məlumatına görə, yaradıcı kollektiv bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Enurə Abdullayevanın “Ağ qayıq” əsərini təqdim edib. Qarabağ müharibəsi mövzusundan bəhs edən tamaşanın quruluşçu rejissoru Samir Qulamov, rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Əsas rolları əməkdar artistlər Şükufə Musayeva və İqrar Salamov, aparıcı artistlərdən Dürdanə Dünyamalıyeva, Məmməd Məmmədov, Xanurə İsgəndərova, Aybəniz Əhmədova və digərləri ifa ediblər.
Teatr bu tamaşa ilə sabah da lənkəranlılar qarşısında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR