Lənkəran teatrı Bakı qastrolunu başa vurub

Lənkəran teatrı Bakı qastrolunu başa vurub
# 20 iyun 2012 19:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakı şəhərindən qastrol səfərindən qayıdıb. APA-nın Cənub bürosunun məlumatına görə, yaradıcı kollektiv milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə əlaqədar A.M.Şərifzadə adına Aktyor evinin səhnəsində ölməz ədibin “Lənkəran xanının vəziri” (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) komediyasının tamaşasını paytaxt teatrsevərlərinə təqdim edib. Qurulşçu rejissoru İslam Həsənov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcov olan bu səhnə əsərində əsas rolları respublikanın əməkdar artisti Adil Zeynalov, aktyorlardan Allahverən Babayev, Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Zemfira Nəcəfova, Niftulla Əsgərov, Sucəddin Mirzəyev, Əlibala Əsgərov və başqaları oynayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR