Bakıda “Alov-Fəvvarə” kompleksində “Eurovision” ulduzlarının iştirakı ilə “Heydər Əliyev-qurtuluşdan tərəqqiyə” adlı konsert təşkil olunub - FOTOSESSİYA

Bakıda “Alov-Fəvvarə” kompleksində “Eurovision” ulduzlarının iştirakı ilə “Heydər Əliyev-qurtuluşdan tərəqqiyə” adlı konsert təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2012 21:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyunun 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Nizami Rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev-qurtuluşdan tərəqqiyə” adlı konsert proqramı təşkil edilib. APA-nın məlumatına görə, konsert metronun “Koroğlu” stansiyasının qarşısındakı musiqili “Alov-Fəvvarə” kompleksində baş tutub. Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov 15 iyun- Milli Qurtuluş tarixindən söz açıblar. Çıxışçılar Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini xatırlayaraq, bu yarışmanın bütün dünyada böyük əks-səda doğurduğunu bir daha qeyd ediblər. Çıxışlardan sonra konsert proqramında “Eurovisinon-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın müsabiqədə builki təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi təmsil etmiş Safura Əlizadə, eləcə də digər tanınmış və gənc musiqiçilər çıxış ediblər. Tədbirdə eləcə də Rumıniyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmiş “Mandinga” qrupu da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR