Lənkəran Dövlət Dram Teatrında yeni tamaşaya daxili baxış olub

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşaya daxili baxış olub
# 21 iyun 2012 09:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında türk dramaturqu Savaş Dinçelin “Yaşanmayan gənclik” tamaşasının daxili baxışı olub. APA-nın Cənub bürosunun məlumatına görə, psixoloji dram janrında olan bu səhnə əsərinin quruluşçu rejissoru İslam Həsənov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev və Adil Zeynalov, aktyorlardan Əlibala Əsgərov, Allahverən Babayev, Emin Fərzullayev və başqaları ifa edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR