Emin Eminzadə İspaniyada keçiriləcək beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək - FOTO

Emin Eminzadə İspaniyada keçiriləcək beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək - <font color=red>FOTO</font>
# 22 iyun 2012 08:09 (UTC +04:00)
Bakı-APA. İyunun 23-30-da İspaniyanın Kataloniya vilayətində, Lloret de Mar şəhərində “Opus - 2012” VIII Beynəlxalq Mahnı Müsabiqəsi keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 14-21 yaşlı yeniyetmə və gənclər arasında keçiriləcək müsabiqə Lloret de Mar şəhərinin Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilir. Müsabiqəyə 17 dövlətin təmsilçisi qatılacaq. Onların arasında ilk dəfə olaraq Azərbaycan da var. Azərbaycanı mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şarayeva adına 35 saylı Musiqi Məktəbinin şagirdi Emin Eminzadə təmsil edəcək. Emin Eminzadə 30-a yaxın ölkənin içərisindən bu müsabiqədə iştiraka layiq görülüb. Artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və Emin Eminzadəyə rəsmi dəvətnamə göndərilib.
“Opus - 2012” VIII Beynəlxalq Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi adından Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyevə də dəvət məktubu göndərilib. Emin Eminzadə ilə birlikdə İspaniyaya onun müəllimləri, SSRİ xalq artistləri - Fidan və Xuraman Qasımova və atası, DAK İdarə Heyətinin üzvü, təşkilat həmsədrlərinin mədəniyyət və humanitar məsələlər üzrə müavini Xəzər Emin də gedəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR