ABŞ-da Azərbaycan və Amerika rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilir - FOTOSESSİYA

ABŞ-da Azərbaycan və Amerika rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 22 iyun 2012 10:20 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihə çərçivəsində reallaşıb. Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirib. 6-22 iyun tarixlərində keçirilən sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boya və qrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də Amerikada yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunur.

Corc Meyson Universitetinin İncəsənət Qalereyasının direktoru Uolter Kravits mərasimdə çıxış edərək layihəni yüksək qiymətləndirib. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, bizim qadın rəssamlar rəsm əsərlərinin rənglərin dili ilə qloballaşan dünyamızı dostluğa, sevgiyə, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır. Belə layihələr vasitəsilə biz dünyamızı dostluq, sevgi, sülh rənginə boyamaq istəyirik.

Sərgilənən 20 əsərin əksəriyyəti Qarabağa aiddir. “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Xocalı faciəsi” və s. rəsmlər Dağlıq Qarabağ münaqişəsinin tariximiz və mədəniyyətimizdə buraxdığı silinməz izdən xəbər verir.
Sərginin açılış mərasimində ingilis dilində “Azərbaycana xoş gəlmisiniz” adlı sənədli film nümayiş olunub, Diasporla Iş üzrə Dövlət Komitəsi tərəfindən hədiyyə olaraq göndərilən Azərbaycan tarixinə, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı faciəsinə həsr olunmuş kitablar Corc Meyson Universitetinin kitabxanasına təqdim edilib. Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri aparırlar. Sərgi ABŞ mətbuatında geniş işıqlandırılıb və ictimaiyyət tərəfdən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR