Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedir

Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedir
# 25 iyun 2012 13:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək. Səfər bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi, estetik tərbiyəsinin formalaşdırılması, habelə Azərbaycan Milli dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi və teatrın ən maraqlı tamaşalarını bölgə tamaşaçılarına təqdim etmək məqsədi daşıyır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qastrolda kollektiv M.F.Axundzadənin “Sərgüzəşti – Vəziri Xani Lənkəran” tamaşası ilə çıxış edəcək. Dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış dörd pərdədən ibarət səhnə əsəri iyunun 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayişi nəzərdə tutulur.

Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşanın musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Rəşidova İradə, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR