Azərbaycan xalçası ilə bağlı məqalə müsabiqəsi elan edilib

Azərbaycan xalçası ilə bağlı məqalə müsabiqəsi elan edilib
# 29 iyun 2012 11:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Sərhədsiz sənət: Azərbaycan xalça dünyası İqor Burqanovun yaradıcılığında” adlı müsabiqəsi elan edilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyindən APA-ya verilən məlumata görə, bu müsabiqə Rusiya Federasiyasının əməkdar rəssamı, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun eskizləri əsasında toxunmuş xalçalardan ibarət “İqor Burqanovun Müasir xalça sərgisi”nə həsr olunmuş elmi məqalələr yazılması məqsədi ilə həyata keçirilir. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və “Burqanov Evi” Moskva Dövlət Muzeyi tərəfindən təqdim olunan müsabiqənin şərtlərinə, müsabiqənin nəticələrinə əsasən ən yaxşı məqalə müəllifləri - 1-ci mükafat – 300 manat, 2-ci mükafat – 200 manat, 3-cü mükafat – 100 manat və həvəsləndirici mükafatlar – 50 manat olmaqla mükafatlandırılacaq.
Nəticələrə əsasən L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində konfrans keçiriləcək və seçilmiş məqalələrin toplusu çap ediləcək. Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində olmalıdır. Materialların son təqdim edilmə müddəti oktyabrın 15-dir. Müsabiqənin münsiflər heyətinə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ xalq rəssamı Tahir Salahov, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü və Rəyasət heyətinin üzvü, professor Vanslov V.V, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, RF-ın əməkdar rəssamı Burqanov İ.A., REA Rəyasət heyətinin baş elmi katibinin müavini A.Q.Tolstikov daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR