Buryatidə Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi qeyd olunub

Buryatidə Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi qeyd olunub
# 06 iyul 2007 13:58 (UTC +04:00)
Rusiyanın Buryat Respublikasının Buryati şəhərində Dövlət Dram Teatrının binasında Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illiyi ilə bağlı tədbir keçirilib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Buryati Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin nümayəndələri, Buryati şəhərinin meri və Ümumrusiya Azərbaycan Konqresi icraçı direktorunun 1-ci müavini Gündüz Həmzəyev iştirak ediblər. Rusiya Federasiyasının müxtəlif regionlarından Azərbaycan diasporunun nümayəndələri də tədbirə qatılıblar. Buryati prezidenti adından Azərbaycan Mədəniyyət Mərkəzinə fəxri fərman, eləcə də Buryat Mədəniyyət Nazirliyi və Butyati meriyasının mükafatları təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR