Dakarda İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurasının görüşü keçirilir

Dakarda İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurasının görüşü keçirilir
# 23 iyul 2007 14:10 (UTC +04:00)
Bu gün Seneqalın paytaxtı Dakar şəhərində İslam Dünyası üçün Mədəni Strategiyanın Tətbiqi üzrə Məşvərət Şurasının 7-ci görüşünün ilk iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, görüşdə nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli də iştirak edib. Toplantıda cari ilin 21-23 noyabr tarixlərində Liviyanın paytaxtı Tripolidə keçirilməsi nəzərdə tutulan İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 15-ci sessiyasına təqdim olunacaq “Mədəni həmrəylik strategiyası”, “İslam dünyasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyası”, “İslam dünyasında mədəniyyət siyasətlərinin yeniləşməsi üçün Fəaliyyət Proqramı” kimi sənədlərin layihələri müzakirə olunub. İclas iyulun 24-də işini davam etdirəcək.
Qeyd edək ki, islam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ilin 15-16 dekabr tarixlərində Əlcəzairdə keçirilmiş IV Konfransında Azərbaycan 2005-2008-ci illərdə İslam Dünyası üçün Mədəni Strategiyanın İmplementasiyası üzrə Məşvərət Şurasına üzv qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR