ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində ənənəvi Azərbaycan pikniki keçirilib

ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində ənənəvi Azərbaycan pikniki keçirilib
# 10 sentyabr 2007 14:28 (UTC +04:00)
Bu gün Azərbaycan Şimali Kaliforniya Mədəniyyət Ocağı və Kaliforniyanın Şimali Azərbaycan Mədəniyyət Mərkəzi ştatın San Xose şəhərində ənənəvi Azərbaycan pikniki keçirib. APA-nın ABŞ bürosunun xəbərinə görə, yüzlərlə azərbaycanlı və amerikalının qatıldığı şənlikdə qonaqlara milli yeməklər təqdim olunub, 10 yaşlı uşaqlardan ibarət “Azəri” rəqs qrupu öz məharətini göstərib. Xüsusi quraşdırılan çadırlarda qonaqlara Azərbaycanın tarixi, ədəbiyyatı və milli musiqi ənənələrinə həsr olunan əyani vasitələr paylanıb.
Qeyd edək ki, hər ili sentyabr ayının birinci həftəsində keçirilən illik Azərbaycan pikniki 20 ilə yaxın tarixə malikdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR