Əbülfəs Qarayev Türkiyənin mədəniyyət və turizm nazirini qəbul edib

Əbülfəs Qarayev Türkiyənin mədəniyyət və turizm nazirini qəbul edib
# 28 sentyabr 2007 11:15 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayı qəbul edib. APA-nın xəbərinə görə, türkiyəli nazirin ilk rəsmi səfərinin məhz Azərbaycana etdiyinə sevindiyini bildirən Ə. Qarayev iki ölkə arasında mədəni əlaqələrin çoxdan qurulduğunu bildirib: “Biz Azərbaycanla Türkiyə arasında çoxdan qurulan mədəni əlaqələrə yeni nəfəs vermək istəyirik. Sizin bu gəlişinizlə qarşılıqlı əlaqələrin qurulmasında daha böyük irəliləyişlər olacağına inanırıq”.
Ə. Qarayev bu gün azərbaycanlılarla ermənilər arasında mədəniyyət cəbhəsində də müharibə getdiyini vurğulayıb: “Ermənilər mətbəximizi, mədəniyyətimizi mənimsəyir, öz adlarına çıxırlar. Azərbaycanın aşıq musiqisini UNESCO-nun siyahısına daxil etmək istəyirik. Onlar isə bizə təklif etdilər ki, bu folklor nümunələri türk aşıq musiqisi adı ilə siyahıya daxil edilsin”. Ə. Qarayev 2008-ci ildə Suriyada keçiriləcək İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransında türk xalqları ilə bağlı məsələlərin müzakirəsində daha fəal olmağı, bu kimi tədbirlərə birgə qoşulmağı arzuladığını qeyd edib. Əməkdaşlığa hazır olduğunu bildirən Ə.Günay bu məsələlərin həlli üçün Bakıya gəldiyindən söz açıb.
Qeyd edək ki, Ə. Qarayev bu gün “Almas İldırım günləri”ndə iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətini də qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR