İran Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamlara mükafatların təqdimat mərasimi keçirilib

İran Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamlara mükafatların təqdimat mərasimi keçirilib
# 06 fevral 2008 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzində bir qrup azərbaycanlı rəssamın mükafatlandırılma mərasimi keçriilib. APA-nın məlumatına görə, tədbirdə təqdim olunan mükafatlar İran İslam Respublikasında 2006-cı ildə keçirilmiş beynəlxalq rəsm müsabiqəsinə əsasən verilib. Tədbirdə çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare Azərbaycan rəssamlarının keçirilən müsabiqədə yüksək nəticə əldə etdiyini deyib və rəssamları təbrik edib. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə müsabiqədə 19 rəssamın iştirak etidiyini və onların hər birinin xüsusi mükafata layiq görüldüyünü vurğulayıb. O bildirib ki, beynəlxalq müsabiqədə hər ölkədən 3 rəssam iştirak etsə də, Azərbaycan üçün xüsusi ekspozisiya təşkil olunub. Bu müsabiqədə xalq rəssamı Nazim Bəykişiyev “Qızıl mükafat” qazanıb. Müsabiqədə münsiflər heyətində təmsil olunan Fərhad Xəlilov da münsiflər heyəti üçün nəzərdə tutulmuş mükafatı qazanıb. İran Mədəniyyət Mərkəzinin direktoru Əliəkbər Ocaq Nejat bu müsabiqənin 2008-ci ildə də keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, həmin müsabiqədə də Azərbaycan rəssamlarının iştirakı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR