Xalq rəssamı Maral Rəhmanzadə dünyasını dəyişib

Xalq rəssamı Maral Rəhmanzadə dünyasını dəyişib
# 17 mart 2008 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq rəssamı, dövlət mükafatı laureatı Maral Rəhmanzadə dünən axşam saatlarında 92 yaşında dünyasını dəyişib. APA-nın məlumatına görə, bu gün saat 13:00-dan 15:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mərhumla vida mərasimi keçiriləcək. M. Rəhmanzadə öz vəsiyyətinə əsasən Mərdəkan qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, M. Rəhmanzadə 1916-cı il iyulun 23-də anadan olub. 1933-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub, daha sonra təhsilini Moskvada davam etdirib. Dünyanın 45-dən çox ölkəsində fərdi sərgiləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR