Polad Bülbüloğlu: “Respublika Günü ərəfəsində Moskvada “Hökmdarın taleyi” filminin geniş təqdimatına hazırlaşırıq”
- Qarabağ mövzusu mənim üçün müqəddəs olduğundan Elçin Əfəndiyevin “Hökmdarın taleyi” filminə musiqi bəstələməyim barədə etdiyi təklif elə bil ürəyimdən oldu. Cənnət Qarabağın suyunu içən, gözəl havasını udan, uşaqlığının ən unudulmaz çağlarını burada yaşayan bir insan kimi həmin mövzuya çəkiləcək film üçün musiqi bəstələmək təklifinə biganə yanaşa bilməzdim. Qeyd etməliyəm ki, “Hökmdarın taleyi” filmi böyük öndər Heydər Əliyevin müvafiq sərəncamı əsasında həyata vəsiqə qazanıb. Görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi ilə mən yaxşı tanış idim. Milli dram teatrımızda göstərilən bu tamaşaya dəfələrlə baxmışam. Elçin müəllim kino ssenarisi üzərində işləyəndə mən, demək olar ki, bu filmin istehsalata buraxılması üçün əlimdən gələni etmişəm. Açığını desəm, artıq 1982-ci ildən həmin dövrədək kino musiqisi yazmaqdan, bir növ uzaqlaşmışdım. “Babək” kimi, “Qorxma mən səninləyəm” kimi böyük iki serialı filmlərdən sonra ara-sıra filmlərə musiqi yazmaqdan çəkinirdim. Bütün bunlardan artıq 25 il keçib. Lakin indi fəxr edirəm ki, xalqımız tərəfindən çox sevilən, zamanın sınağından uğurla keçən və Azərbaycan kinosu üçün böyük məna daşıyan filmlərin bəstəkarı mən olmuşam. İnanıram ki, “Hökmdarın taleyi” filminin də taleyi uğurlu olacaq və bu film həmin sıralara daxil ediləcək. Filmdə bir saatdan artıq musiqi səslənir. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda texniki baxımdan belə səviyyədə film ilk dəfə çəkilib. Ən müasir texnoloji sistemlərin tətbiqi ilə kompüter texnikasının imkanlarından lazımınca istifadə filmin yüksək keyfiyyətindən xəbər verir. Təkcə onu qeyd etmək kifayətdir ki, ilk dəfə olaraq ölkəmizin kino sahəsində musiqi yazılışı “5+1” Dolbi Stereo sisteminin tətbiqi, ən müasir kompüter proqramlarından istifadə ilə aparılıb.
- Filmin yaradıcı heyəti Sizi nə dərəcədə qane edir?
- İlk növbədə filmin prodüseri Vaqif Əsədullayevi xüsusi qeyd etmək istərdim. O, yüksək peşəkar, öz sənətinə-işinə bütün varlığı ilə bağlı olan, ən əsası isə Azərbaycanı qəlbən sevən bir insandır. Müasir dövrdə tarixi film çəkmək çox çətindir. Kütləvi səhnələr, qədim geyimlər, atlılar, hücumlar və bu kimi çoxsaylı səhnələri təşkil etmək müşkül məsələdir. Bütün bunlar üçün böyük təşkilatçılıq qabiliyyəti lazımdır. “Azərbaycanfilm” kinostudiyası texniki cəhətdən çox geridə qaldığından bu film üçün əsas işlər “Mosfilm” kinostudiyasının bazasında aparılıb. Tatar mənşəli Dilşad Fatxulin peşəkar operator kimi Rusiyada çox yaxşı tanınır. Artıq 30-a qədər filmin operatoru olub. Dilşad bizim ölkəmizə daim hörmət bəsləyən bir adam kimi filmin yüksək səviyyəli çəkilişlərini aparıb. Əsas rolun ifaçısı Fəxrəddin Manafov isə İbrahim xan rolunda oynayarkən onun dərin kədərini böyük ustalıqla göstərib, çəkilişin sonunadək qəlbi xanın qəlbi kimi döyünüb. Artıq demək olar ki, bu gün Fəxrəddin Azərbaycan kino sənətinin ən görkəmli aktyorlarından biridir. Yeri gəlmişkən bir məsələyə də toxunmaq istərdim. Filimin kütləvi xarakter səhnələrində, Gəncəyə hücum epizodlarında əsl həyati səhnələrin çəkilişi yüksək səviyyəli peşəkarlıqla aparılıb. Hətta o zamanın topları yenidən hazırlanıb, top atəşlərinin məhz elə gerçəkdən atılmasına üstünlük verilib, bir çox hallarda kompüter qrafikası tətbiq edilib. Təbii ki, bunlar üçün bütün yaradıcı qrupun yüksək peşəkarlığı tələb olunur.
- Azərbaycanın Rusiyadakı səfirliyi Qarabağın tarixindən bəhs edən bu filmin Moskvada təqdimatını nəzərdə tuturmu?
- Bilirsiniz, ən böyük Azərbaycan diasporunun cəmləşdiyi məkan Rusiya Federasiyasıdır. Təbii ki, mədəni diplomatiyanın bütün imkanlarından səmərəli istifadə bu ölkədəki Azərbaycan səfirliyinin qarşısında duran vacib məsələlər sırasına daxildir. Biz, 28 may
Respublika Günü ərəfəsində Moskvada “Hökmdarın taleyi” filminin geniş təqdimatına hazırlaşırıq. Əminəm ki, həmin təqdimat yüksək səviyyədə keçəcək və Qarabağın acı taleyi geniş ictimaiyyətə lazımınca çatdırılacaq.
- Yaradıcılığınız səfir kimi fəaliyyətinizə mənfi təsir göstərirmi?
- Məlum olduğu kimi, Moskva şəhəri dünya siyasətinin “mətbəxlərindən” biridir. Burada 24 saat siyasi həyat qaynayır. Təbii ki, belə şəraitdə yaradıcılığa vaxt qalmır. Lakin, “Hökmdarın taleyi” filminin çəkilişi üzün müddət davam etdiyindən, yalnız yuxusuz gecələrin, bayram və hərdən olan istirahət günlərinin hesabına bu məsuliyyətli işin öhdəsindən gələ bilmişəm.
- İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesinin ekranlaşdırılması nəzərdə tutulur. Bu filmə musiqi yazmağınız nə dərəcədə realdır?
- Bununla bağlı heç nə deyə bilmərəm. Ən azı ona görə ki, mənə hələlik belə bir təklif edilməyib. Əgər müraciət olunarsa, ilk növbədə vaxt imkanlarını nəzərdən keçirməliyəm. Çünki, hal-hazırda mənim üçün bu, ən əsas meyardır.
- Azərbaycan mədəniyyətinin Rusiyada təbliği ilə bağlı hansı yeni layihələrin icrası nəzərdə tutulur?
- Layihələr və nəzərdə tutulan mədəni tədbirlərimiz çoxdur. Azərbaycan mədəniyyətinin lazımi səviyyədə Rusiya ictimaiyyətinə daim çatdırılması kimi əhəmiyyətli bir işdə Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əlaqəli fəaliyyət həyata keçiririk. Yaxın gələcəkdə Moskvada Spivakovun keçirdiyi uşaq festivalında Azərbaycandan olan bir qrup istedadlı gənc ifaçılar iştirak edəcəklər. Gənc Tamaşaçılar Teatrının rus qrupunun Dubna şəhərində çıxışının təşkili, Azərbaycanın tanınmış dirijoru Rauf Abdullayevin Moskva Konservatoriyasının böyük zalında çıxışı və bu kimi digər layihələrin reallaşdırılması üçün əlaqələndirici və təşkilatı işlər görülür. Görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubiley tədbirləri çərçivəsində Rusiyanın böyük simfonik orkestri ilə danışıqlar aparılır. Ümumiyyətlə isə, səfirlik tərəfindən mədəni layihələrin reallaşdırılması üçün mütəmadi olaraq lazımı tədbirlər həyata keçirilir.
İncəsənət
COP29 çərçivəsində "Şinel" tamaşası nümayiş ediləcək
Gəncə Dövlət Filarmoniyasında COP29-a həsr olunan "Təbiətin səsi" adlı sərgi keçiriləcək
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olunub - FOTO
Xəbər Lenti
Tehranda hicabını çıxaran qadınlar üçün klinika açılacaq
Ermənistan millisi öz meydanında Farer adalarına məğlub olub
Zərdabda zəncirvarı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Kobaxidze Aİ-nin Gürcüstanın üzvlüyü ilə bağlı danışıqlara 2025-ci ildə başlayacağını güman edir
Ukrayna hərbçilərindən ibarət briqada Fransadakı təlimləri başa vurur
İsrail Suriyanın Livanla sərhəddə yerləşən Əl-Quseyr bölgəsinə zərbələr endirib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Ağstafada maşın arabaya çırpılıb, ölən və xəsarət alan var
Almaniyada 15 ölkənin iştirakı ilə “LIVEX” hərbi təlimi keçiriləcək
CAR-da 50 şagird məktəbdə zəhərlənib
Rusiyalılar Estoniyada səsvermə hüququndan məhrum edilə bilər
AK Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyib
Qəzzada ölənlərin sayı 43 736 nəfərə çatıb
İran və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
Gəncədə Heydər Əliyev Park-Kompleksindəki süni göl bərpa edilir - FOTO
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Yalçın Rəfiyev: Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmənin rolu vurğulanıb
Saymon Stil: COP29-da yeni maliyyə məqsədləri barədə razılaşmalıyıq
Kəmaləddin Heydərov AEBA-nın baş direktorunun müavini ilə görüşüb
Cəbrayılda yol qəzası baş verib, 2 nəfər ölüb
Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb
Hikmət Hacıyev Borrellə cavab verib: Siz COP prosesinin etibarını sarsıtmağa çalışdınız
"COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirilib
Britaniyanın sabiq baş naziri: Hökumətlər bütün biznesləri iqlim dəyişikliyi ilə mübarizədə təşviq etməlidir
Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb
Pakistan ilk dəfə iqlim maliyyəsi üzrə strategiyasını elan edib
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb, sənədlər imzalanıb - YENİLƏNİB
Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib
Qrossi Tehranda Pezeşkianla görüşüb
Qırğızıstanlı nazir: Azərbaycanla ekologiya sahəsində əməkdaşlıqda maraqlıyıq - MÜSAHİBƏ
Ceyhun Bayramov BMT baş katibinin köməkçisi ilə görüşüb
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib
ICAC-ın icraçı direktoru: Azərbaycan pambıqçılıqda fərq yarada bilər - Müsahibə
Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb
Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
Malayziya şirkəti Bakı Limanında günəş qurğusu quraşdıracaq
ADY su və tullantıları təkrar emal edərək təbii resurslardan səmərəli istifadəni təmin edir - VİDEO
Azərbaycan lideri Maldiv Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev: COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var
Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB
COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib - FOTO
AİB Bakı metro şəbəkəsinin genişləndirilməsinə dəstək verəcək
IRENA baş direktoru: COP29 yeni 25 maliyyə hədəfinin razılaşdırılacağı COP olacaq - MÜSAHİBƏ
Məhkəmə sabiq vəkil Sümbülə Əliyeva ilə bağlı qərar verib
Rumıniyalı ekspert: Ümid edirəm ki, COP29-da konsensus əldə olunacaq - MÜSAHİBƏ
Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olunub