Rəmiş Yaşıl Teatrda konsert verəcək

Rəmiş Yaşıl Teatrda konsert verəcək
# 12 iyun 2008 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış gitara ifaçısı Rəmişin konserti keçiriləcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Səs Organizathion”un rəhbəri Nahid Emiloğlu məlumat verib. “Sənət gecəsi” adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları çıxış edəcəklər, Rəmişlə sənət dostlarının deyişməsi də təşkil ediləcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR