Bu ilin iki ayında 24 nəfər dərmandan zəhərlənib

Bu ilin iki ayında 24 nəfər dərmandan zəhərlənib
# 03 mart 2016 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 24 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya deyib ki, dərmandan zəhərlənənlərin 18-i xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, zərərçəknlər lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Dərmandan zəhərlənmə hallarının hamısının Bakıda baş verdiyini deyən A.Maqsudov qeyd edib ki, əsasən, antibiotiklərin və vitamin preparatlarının təsiri nəticəsində belə hallar baş verib. Şöbə müdiri deyib ki, ötən ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 5 nəfər müraciət edib və xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR